İrəvanda Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan ABŞ dövlət katibinin Avropa və Asiya işləri üzrə müavini Ceyms O`Brayn arasında görüş keçirilib.
Teleqraf.com “Sputnik Armenia”ya istinadla xəbər verir ki, bu gün ABŞ-Ermənistan Strateji Dialoqunun yekun iclası keçiriləcək.
Görüşdə ikitərəfli münasibətlərin möhkəmləndirilməsi məsələsi, eləcə də, növbəti addımlar müzakirə olunacaq. O'Brayn həmçinin ABŞ-nin Ermənistan və Azərbaycan arasında uzunmüddətli və layiqli sülh sazişinin əldə edilməsinə dəstəyi, o cümlədən Alma-Ata Bəyannaməsindən sərhədlərin delimitasiyası üçün əsas kimi istifadə edilməsini müzakirə etmək niyyətindədir.