18 İyun 00:38
627
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistanın müdafiə naziri Suren Papikyan Fransaya səfəri çərçivəsində həmkarı Sebastyan Lekornu ilə görüşüb.

Teleqraf.com xəbər verir ki, bu barədə məlumatı Ermənistan MN-in mətbuat xidməti yayıb.

Bildirilir ki, danışıqlar zamanı hərbi-texniki əməkdaşlığa dair yeni razılaşmalar əldə olunub. Ermənistan Müdafiə Nazirliyi və Fransanın hərbi-sənaye şirkəti KNDS arasında müvafiq saziş imzalanıb.

Həmçinin Ermənistanın müdafiə naziri silahlı qüvvələrdə Fransa ilə əməkdaşlıq çərçivəsində aparılan islahatların gedişatını təqdim edib.

Qeyd edək ki, bu, nazirlərin son bir ildə ikinci görüşüdür. Əvvəlki görüş fevralda İrəvanda baş tutub.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər