2 İyul 15:56
1 209
12 Punto 14 Punto 16 Punto 18 Punto

Vəziyyət qəribə görünə bilər, amma rəsmi İrəvan Rusiyaya qarşı ittiham xarakterli çıxışlar etməkdən çəkinmir, bununla belə, hələlik real addımlar yoxdur.

Teleqraf.com xəbər verir ki, bu barədə “Kommersant” yazır.

Rusiya nəşri bildirir ki, bu ritorikaya baxmayaraq, İrəvan Moskva ilə sərt qarşıdurmadan yayınır: “Ən bariz nümunə KTMT-dir. Nikol Paşinyan mütəmadi olaraq həmin qurumdan çıxacağına söz verir, onu hər cür tənqid edir, amma sonda buna getmir”.

Məqalədə o da qeyd edilir ki, Ermənistan rəhbəri KTMT-dən çıxacaqlarının mesajını versə də, bu, bir sıra şərtlərə bağlıdır:

“Bu taktikanı (bəyanat verib real addım atmamaq – red.) anlamaq çətin deyil, çünki Ermənistan Azərbaycanla sülh müqaviləsi imzalamalı və əslində öz tarixinin yeni, o cümlədən iqtisadiyyatda bir çox perspektivlər vəd edən dövrünü başlatmalıdır. Əslində, belə olan halda Rusiyadan asılılıq xeyli zəifləyəcək. Dönüb əks istiqamətə getməyə çalışırlar. Bu dəyişikliklərin son dərəcə ağrılı və gözlənilməz bir sonu da var. Amma Paşinyan körpüləri yandırmamağa üstünlük verir və Moskva bunu çox gözəl anlayır. Tarixdə yeni bir səhifə açmağa gəlincə, misalları çox uzağa axtarmaq lazım deyil: sadəcə Gürcüstana baxın”.

Rusiya nəşri “iki keçmiş qardaş sovet respublikası” adlandırdığı Gürcüstan və Ermənistanın Moskvaya əks istiqamətdə getdiyini vurğulayır. Həmçinin əlavə edilir ki, Ermənistan və Gürcüstandan fərqli olaraq, Azərbaycan Rusiyaya zidd hərəkət etmir, heç kimdən xüsusi asılı olmadan öz yolu ilə gedir.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər