Ermənistan KTMT-dən çıxmaq barədə qərar verəcəyi gün gələ bilər.
Teleqraf.com xəbər verir ki, bunu Ermənistan parlamentinin sədri Alen Simonyan deyib.
“Heç nə istisna deyil, KTMT Ermənistanın təşkilatdan çıxması üçün hər şeyi edir”, - spiker vurğulayıb.
Simonyan Rusiyanın KTMT-dən çıxmağın erməni xalqının maraqlarına uyğun olmadığına dair bəyanatlarına belə cavab verib: “Hesab edirəm ki, Ermənistanla təhdid dili ilə danışmaq çox yanlış məntiqdir”.