10 Sentyabr 13:03
3 336
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sentyabrın 7-də Ermənistanın hakim “Vətəndaş Müqaviləsi” Partiyasının üzvləri Baş nazir Nikol Paşinyanın Sevandakı (Göyçə) malikanəsində ziyafətdə olublar.

Teleqraf.com xəbər verir ki, bu barədə “Hraparak” məlumat yayıb.

Nəşr yazır ki, malikanədə baş tutan iclas əvvəlkilərdən fərqli olub:

“Adətən belə tədbirlərdə Paşinyan komanda üzvlərinin fəaliyyətini qiymətləndirir, sorğu-sual edirdi, amma bu dəfə belə bir şey olmayıb. Mənbəmiz bildirir ki, format buna uyğun deyildi. Əvvəlki iclaslardan fərqli olaraq, deputatlar və hökumət üzvləri ilə yanaşı, merlər və partiyanın digər üzvləri də iştirak edib.

Komandada çaşqınlıq olub. Üstəlik, məclis ənənəvi formatda deyildi, müzakirələr olub, amma kollektiv şəkildə yox.

Əvvəlcə Nikol Paşinyan qonaqları üçün malikanədə ekskursiya təşkil edib: hamam, tualet, mətbəx və digər otaqları göstərib. O, qonaqlarına özlərini evlərindəki kimi hiss etmələrini təklif edib. Sonra tostların deyildiyi masaya keçiblər. Tədbirə DJ də dəvət olunub, rəqs edib, əyləniblər.

Paşinyan və partiyadaşları Sevan gölündə qayıqla gəzintiyə çıxıblar. O, komandadakı yoldaşlarına göstərməyə çalışıb ki, hər şey qaydasındadır, narahatlığa əsas yoxdur”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər