11 Sentyabr 17:36
628
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistan Mərkəzi Seçki Komissiyası (MSK) 51 vətəndaşın “Ermənistan Respublikasının Avropa Birliyinə (AB) qoşulması prosesinin başlanması haqqında” qanun layihəsini təklif etmək üçün təşəbbüs qrupu yaratmaq barədə müraciətini təsdiqləyib.

Teleqraf.com xəbər verir ki, Artak Zeynalyan təşəbbüs qrupunun səlahiyyətli nümayəndəsi təyin edilib.

Müraciət vətəndaş təşəbbüsü kimi qəbul olunub.

Məsələ ilə bağlı məlumat verən MSK sədri Vaaqn Ovakimyan bildirib ki, təşəbbüs qrupu “Referendum haqqında” qanunda nəzərdə tutulan bütün lazımi sənədləri quruma təqdim edib.

Layihənin referenduma çıxarılması üçün zəruri olan imzaların toplanması MSK tərəfindən təşəbbüs qrupu qeydə alındıqdan sonra 60 gün ərzində həyata keçirilir. İmzaların toplanması üçün son tarix 2024-cü il sentyabrın 16-dan noyabrın 14-ü daxil olmaqla müəyyən olunub.

Komissiya digər qərarı ilə mülki təşəbbüsün üzvləri və təşəbbüs qrupunun səlahiyyətli nümayəndəsinin vəsiqələrinin formasını müəyyən edib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər