17 Sentyabr 17:35
410
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistan Baş Prokurorluğu keçmiş prezident Serj Sərkisyana bəraət verilməsi qərarından apellyasiya şikayəti verib.

Teleqraf.com xəbər verir ki, bu barədə qurumun açıqlamasında deyilir.

Mayın 31-də məhkəmə Serj Sərkisyan barəsində bəraət qərarı vermişdi. Eks-prezident mənimsəmədə ittiham olunur.

Qeyd edək ki, bundan öncə ikinci prezident Robert Köçəryan barəsində olan cinayət işi də yenidən bərpa edilib. Bu iş 2021-ci ildə bağlı elan olunmuşdu. Köçəryan 2008-ci il martın 1-də İrəvanda keçirilən dinc aksiyada iştirak edənlərə qarşı odlu silahlardan atəş açmaq əmri verməkdə ittiham edilir.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər