Ermənistanın siyasəti səhər qərbpərəst, günorta iranpərəst, axşam da rusiyayönümlüdür.
Teleqraf.com xəbər verir ki, bunu erməni politoloq Vigen Akopyan deyib.
“Həm Rusiya, həm də Qərbi aldatmağa çalışırlar, sonra məlum olur ki, Ermənistan hökumətinin xarici siyasət prioriteti Türkiyədir.
Ermənistan elə bir dövlətdir ki, onun ictimai həyatı da xarici amillərlə müəyyənləşir. Bir çox hallarda deyirlər ki, xarici siyasət daxili siyasətin törəməsidir, davamıdır, amma təəssüf ki, Ermənistanda daxili siyasət xarici mühitin, impulsların, çağırışların törəməsidir”, - Akopyan bildirib.