Teleqraf.com xəbər verir ki, bu barədə Bakı Şəhər Həlqəsi Əməliyyat Komitəsinin (BŞHƏK) Marketinq və kommunikasiya şöbəsinin rəhbəri Nigar Arpadarai məlumat verib.
Onun sözlərinə görə, Tarkan iyunun 23-də Bakıda Formula 1 Azərbaycan Qran Prisinin açılış mərasimində avtoidman azarkeşlərinin qarşısında səhnəyə çıxacaq.