Bakıda 2018 Formula 1 dünya çempionatının 4-cü mərhələsi - Azərbaycan Qran Prisi davam edir.
Yarışın ikinci günündə Formula 1 pilotlarının üçüncü sərbəst yürüşü başlayıb.
Sərbəst yürüşdə 10 komandadan 20 pilot iştirak edir.
"Mercedes" komandasının heyətində Lyuis Hemilton və Valtteri Bottas, "Ferrari"də Sebastian Fettel, Kimi Raykonnen, "Williams"ın heyətində Sergey Sirotkin və Lens Stroll yarışırlar. "Red Bull Racing" komandasında Daniel Rikkiardo, Maks Ferstappen, "Force India"da Esteban Okon və Serxio Peres, "Renault"da isə Niko Hülkenberq ilə Karlos Sayns mübarizə aparırlar. Bundan başqa, "Toro Rosso"nun heyətində Brendon Hartli və Pyer Qasli, "Sauber"də Markus Eriksson, Şarl Lekler, "McLaren"də Fernando Alonso və Stoffel Vandorn yürüşdə iştirak edirlər. Pilotlar Romen Qrojan və Kevin Maqnussen isə "Haas" komandalarının idman şərəfini qoruyurlar.
Bu gün, həmçinin Formula 1 sinfində təsnifat mərhələsi keçiriləcək. Nəticədə sabahkı əsas yarışda pilotların sıra düzülüşü müəyyənləşəcək.
Aprelin 29-da Azərbaycan Qran Prisinin qalibi məlum olacaq.
Formula 1 bolidlərinin hərəkət etməsi üçün hazırlanan xüsusi yolun – Bakı Şəhər Halqasının müəllifi Herman Tilkedir. Bir dövrənin uzunluğu 6 kilometrdən çoxdur. Ümumilikdə, bolidlər 51 dövrə (120 dəqiqə) vurmalıdırlar.
***
Formula 2 üzrə birinci yarışa yekun vurulub.
Teleqraf.com xəbər verir ki, bu mərhələdə Bakı trekində hamıdan sürətli "DAMS" komandasının taylandlı pilotu Aleksandr Albon olub. O, 1:58.742 saniyəlik nəticə göstərib.
İkinci və üçüncü pillələri isə müvafiq olaraq "ART Grand Prix"dən Cek Aitken və "Charouz Racing System"dən Antonio Fuacco tutub.
Qeyd edək ki, ilk yarış 29 dövrə və ya 60 dəqiqə olacaq. Yarışda 10 komandadan 20 pilot iştirak edib. Onlardan 7-i yarışı sonlandıra bilməyib.
***
Bakıda Formula 2-nin birinci əsas yarışında təhlükəli anlar yaşanıb.
Bolidlər zəncirvarə qəzadan son anda qurtarıblar. Belə ki, "RUSSIAN TİME"dan rusiyalı Artyom Markelovun bolidi getdiyi yerdə tüstülənib və o, digər bolidlərin də hərəktinə maneçilik törədib.
Markelovun bolidi trasdan kənarlaşdırılıb.
***
Bakıda Formula 2-nin birinci əsas yarışında ikinci qəza baş verib.
Bu dəfə "Campos Vexatec Racing" komandasının digər ikinci pilotu, israilli Roy Nisaninin idarə etdiyi bolid də təhlükəsizlik divarına çırpılaraq sıradan çıxıb.
Bolid xüsusi qurğu vasitəsilə trasdan kənarlaşdırılıb.
***
Bakıda Formula 2-nin birinci əsas yarışına start veriləndən bir neçə dəqiqə sonra qəza baş verib.
Yarış başlayandan bir neçə dəqiqə sonra "Campos Vexatec Racing"dən komandasının italiyalı pilotu Luka Giottonun idarəetməni itirərək Azneft dairəsindəki döngədə təhlükəsizlik səddinə, sonra da "Four Seasons" otelinin qarşısındakı divara çırpılıb.
Toqquşma nəticəsində bolidin bəzi hissələri qoparaq yola səpələnib. Pilot xəsarət almasa da yarışı erkən tərk edib.
***
12:07
Bakıda FIA Formula 2 sinfində pilotların birinci yarışına start verilib.
10 komandanı təmsil edən 20 pilot Bakı Şəhər Halqasında bir saat ərzində 29 dövrə vuraraq ən sürətli avtoyürüşçünü müəyyənləşdirəcəklər.
Aprelin 29-da isə 21 dövrədən ibarət ikinci yarış təşkil olunacaq.
Qeyd edək ki, aprelin 27-də Bakıda 2018 Formula 1 dünya çempionatının 4-cü mərhələsi - Azərbaycan Qran Prisi başlayıb.
Bu gün, həmçinin Formula 1 pilotlarının üçüncü sərbəst yürüşü və təsnifat mərhələsi keçiriləcək.
Aprelin 29-da isə Azərbaycan Qran Prisinin qalibi məlum olacaq.