Milli Məclis tərəfindən qəbul edilmiş Amnistiya aktının şamil olunduğu məhbusıardan 350-si bu gün ərzində azadlığa buraxılıb.
Teleqraf.com Baş Prokurorluğun mətbuat xidmətinə istinadən xəbər verir ki, Amnistiya aktının şamil olunduğu məhbuslardan 216-sı Bakı, 134-ü isə ölkənin digər yerlərindəki cəzaçəkmə müəssisələrindən azad ediliblər.
Bu gün Amnistiya aktının şamil olunduğu 350 nəfərdən 9-u qadındır.
Qeyd edək ki, Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, millət vəkili Mehriban Əliyevanın təşəbbüsü ilə Milli Məclisin mayın 20-də keçirilən iclasında amnistiya aktı qəbul edilib.