17 İyun 2016 15:17
588
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan ərazisində karantin tətbiq edilən və xüsusi təhlükəli zərərli orqanizmlərə qarşı mübarizə tədbirləri davam etdirilir.

Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Nəzarəti Xidmətindən Teleqraf.com-a verilən məlumata görə, Xaçmaz, Quba, Qusar, Lənkəran və Astara rayonlarında aparılan müşahidələr zamanı fərdi təsərrüfat sahələrində və parklarda əkilmiş ağacların, eyni zamanda meyvə bağlarındakı gavalı və tut ağaclarının Amerika ağ kəpənəyinə yoluxduğu aşkar olunub.

Amerika ağ kəpənəyinin birinci nəslinə qarşı 4858 hektar sahədə müşahidə işləri həyata keçirilib və 436 hektar sahədə sirayətlənmə qeydə alınıb.

İyunun birinci yarısından ümumilikdə 148 hektar sahədə mexaniki, 210 hektar sahədə isə dövlət büdcəsi vəsaiti hesabına kimyəvi mübarizə tədbirləri aparılıb. Mübarizə tədbirlərinin “SKOUT-28S-300” markalı çiləyiciləri vasitəsi ilə aparılması, mübarizənin operativliyini və səmərəliliyini bir neçə dəfə artırıb.

Amerika ağ kəpənəyinə qarşı mübarizə tədbirləri davam etdirilir.

İlhamə ƏBÜLFƏT


Müəllif:

Oxşar xəbərlər