14 İyul 2016 10:40
618
12 Punto 14 Punto 16 Punto 18 Punto

İyulun 14-də rəsmi qarşılanma mərasimi başa çatdıqdan sonra Azərbaycan Prezidenti İlham Əliyevin və Ukrayna Prezidenti Petro Poroşenkonun təkbətək görüşü olub.

Teleqraf.com xəbər verir ki, görüşdə Ukrayna Prezidenti Petro Poroşenkonun Azərbaycana ilk rəsmi səfərinin önəmi vurğulanıb. Qeyd olunub ki, Azərbaycan-Ukrayna əlaqələrinin böyük tarixi var və xalqlarımız arasında daim dostluq münasibətləri hökm sürüb. İkitərəfli münasibətlərin siyasi, iqtisadi, energetika, nəqliyyat və humanitar sahələrdə perspektivləri müzakirə olunub.

Söhbət zamanı ölkələrimiz arasında qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Prezidentlərin təkbətək görüşündən sonra Ukrayna və Azərbaycan prezidentləri şurasının 5-ci iclası baş tutacaq.

İclasın sonunda iki ölkənin gömrük orqanları arasında hava nəqliyyatı vasitəsi ilə malların daşınması zamanı qanun pozuntuları ilə mübarizə, eləcə də mədəniyyət və incəsənət sahəsində əməkdaşlıq sazişlərinin imzalanacağı gözlənilir.

Səfər çərçivəsində Poroşenkonun Azərbaycanın baş naziri Artur Rəsizadə və Milli Məclisin sədri Oqtay Əsədovla görüşü nəzərdə tutulub.


Müəllif:

Oxşar xəbərlər