Rio-de-Janeyroda keçirilən XXXI Yay Olimpiya Oyunlarının ilk günündə Azərbaycan cüdoçusu Orxan Səfərov mübarizəyə qoşulub.
Teleqraf.com xəbər verir ki, turnirdə 60 kiloqram çəki dərəcəsində çıxış edən cüdoçumuz 1/32 finalda Peru təmsilçisi Xuan Postiqos ilə üz-üzə gəlib. Rəqibini məğlub edən Orxan Səfərov növbəti mərhələyə yüksəlib.
Cüdoçumuzun 1/16 final mərhələsindəki rəqibi də müəyyənləşib. Oraxan Səfərov səkkizdəbir final uğrunda görüşdə Qırğızıstan təmsilçisi Otar Bestayev ilə üz-üzə gələcək ("Azərtac").