31 Avqust 2016 15:46
581
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyədə səfərdə olan Azərbaycan daxili işlər naziri Ramil Usubov bu ölkədəki həmkarı Efkan Ala ilə görüşüb.

Teleqraf.com Türkiyə mediasına istinadən xəbər verir ki, görüşdən sonra nazirlər birgə mətbuat konfransı keçiriblər.

Efkan Ala bildirib ki, Azərbaycanla Türkiyə, xüsusilə daxili işlər nazirlikləri arasındakı əlaqələrdə terrorçuluqla mübarizə əsas mövzulardandır: "Hər cür terror təşkilatına qarşı birgə mübarizə aparırıq. Fətullahçı Terror təşkilatının da ölkələrimizdəki fəaliyyətinin dayandırılması mövzusunda birgə fəaliyyətimiz davam etməkdədir. Bundan sonra da məlumat və kəşfiyyat bilgilərinin mübadiləsi, görüləcək tədbirlər məsələsində tam fikir birliyində olacağıq".

Ramil Usubov isə 15 iyul hərbi çevrilişə cəhddən sonra görülən və görüləcək işləri müzakirə etmək üçün Türkiyəyə gəldiyini bildirib: "FETÖ-nün Azərbaycanda təşkilatlanmasına qarşı bundan sonra da lazımi addımlar atılacaq. Bu, eyni zamanda, Azərbaycana qarşı törədilmiş cinayətdir. Bundan sonra üzərimizə düşən bütün öhdəlikləri yüksək səviyyədə yerinə yetirəcəyik. Bu hadisələr zamanı şəhidlik zirvəsinə ucalan bütün Türkiyə vətəndaşlarına Allahdan rəhmət, yaralılara tezliklə sağalmağı arzulayıram".

Samir


Müəllif:

Oxşar xəbərlər