7 Oktyabr 2016 12:38
896
12 Punto 14 Punto 16 Punto 18 Punto

Daxili İşlər Nazirliyi Sumqayıt şəhərində intihar cəhdi ilə bağlı açıqlama yayıb.

Teleqraf.com xəbər verir ki, hadisə oktyabrın 6-da saat 17 radələrində Sumqayıt şəhərinin İnşaatçılar qəsəbəsində qeydə alınıb.

Sumqayıt Şəhər Polis İdarəsi Dövlət Yol Polisi şöbəsinin inzibati binasının yaxınlığında Abşeron rayonunun Pirəkəşkül qəsəbə sakini Cəmil Məmmədov intihar məqsədilə benzinlə özünü yandırıb.

Qol və sinə nahiyəsindən yanıq xəsarətləri almış Cəmil Məmmədov xəstəxanaya yerləşdirilib.

İlkin araşdırmalar zamanı Cəmil Məmmədovun sürücülük vəsiqəsinin olmadığı, idarə etdiyi “NAZ Lifan” markalı avtomobildə görünüş dairəsini məhdudlaşdıran əlavə avadanlığın quraşdırıldığı və barəsində tərtib edilmiş 463 ədəd elektron protokola əsasən 43.000 manat məbləğində cərimələndiyi müəyyən edilib, avtomobil bu səbəbdən Sumqayıt ŞPİ DYPŞ-nin müvəqqəti duracağına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər