17 Oktyabr 2016 13:45
623
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Dövlət Yanğından Mühafizə Xidmətinin texnika və şəxsi heyəti yağış suları ilə dolmuş ərazilərdə suçəkmə işləri aparır”.

Bunu Teleqraf.com-a açıqlamasında Fövqəladə Hallar Nazirliyi mətbuat xidmətinin rəhbəri Oqtay Bayramov deyib.

Nazirlik rəsmisi bildirib ki, hazırda Xocahəsən, Höküməli qəsəbələrində, Nərimanov rayonu, Təbriz küçəsi ərazisindən H.Əliyev prospektinə doğru gedən yolda (Heydər Əliyev Mərkəzinin yaxınlığındakı ərazidə ) yığılmış sular çəkilir: “Evləri su basması, insanların köməksiz qalması ilə bağlı Fövqəladə Hallar Nazirliyinə hər hansı məlumat daxil olmayıb”.

İlhamə ƏBÜLFƏT


Müəllif: