29 Oktyabr 2016 18:05
561
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakı şəhərində razılaşdırılmış 45 ərazi planlaşdırma layihələrinin sahəsi ümumilikdə 175 hektardan çoxdur. Pilot layihə çərçivəsində paytaxtda 5 il ərzində həyata keçiriləcək yenidənqurma işləri zamanı 324 min kvadratmetr yaşayış sahəsinin söküləcəyi nəzərdə tutulub.

Teleqraf.com-un xəbərinə görə, bu barədə Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin mətbuat xidməti məlumat yayıb.

Həmin ərazilərin əvəzinə bütün müasir tələblərə cavab verən 1,8 milyon kvadratmetr yaşayış sahəsinin tikilməsi planlaşdırılıb. Sənədlərdə layihələndirilən binaların sayı 350-dir. Söküləcək mənzillərin yerinə isə 18 min yeni mənzilin inşası nəzərdə tutulub.

Ərazi planlaşdırma sənədlərinin 5 hektaradək ərazilər üçün (1 hektardan az olmayaraq) hazırlanması təcrübəsi dünya şəhərsalma praktikasında sınaqdan çıxmış ən mütərəqqi yanaşma sayılır.


Müəllif:

Oxşar xəbərlər