Azərbaycanlı biznesmen Telman İsmayılovun qardaşı Rafiq İsmayılov və onun tanışı Mehman Kərimov Moskva vilayətinin Mojansk şəhər məhkəməsinə gətirilib.
Bu arada, İsmayılovla bağlı yeni faktlar məlum olub. Rusiyalı biznesmen Vladimir Savkinin yaxınlarının sözlərinə görə, Rafiq İsmayılov 4 ay əvvəl Moskva polisi tərəfindən həbs olunub. Ancaq bir müddət sonra o, "sübutlar aşkar edilmədi" iddiası ilə azad edilib. Onu həbs edən polis əməkdaşları isə işdən uzaqlaşdırılıblar. Rafiq İsmayılovun həbsi istintaq prosesi digər müstəntiqə veriləndən sonra mümkün olub.
Keçirilən məhkəmə prosesində hakim Rafiq İslamyılov barəsində 3 aylıq həbs qərarı çıxarıb.
Qeyd edək ki, Rafiq İsmayılov və Mehman Kərimov 2016-cı ilin mayın 16-da Moskvada rusiyalı biznesmen Vladimir Savkin və onun tanışı Yuriya Brilevanın qətlində şübhəli bilinirlər.
Samir