25 Noyabr 2016 11:48
604
12 Punto 14 Punto 16 Punto 18 Punto

Noyabrın 25-də Bakıda ilk dəfə təşkil edilən Beynəlxalq Kanoe Federasiyasının XXXVI Konqresinin açılış mərasimi keçirilib.

Teleqraf.com-un məlumatına görə, tədbirdə açılış nitqi ilə çıxış edən gənclər və idman naziri Azad Rəhimov 89 ölkənin 200-dən çox nümayəndəsini Bakıda salamlayıb.

Nazir idmanın inkişafının Azərbaycan dövlət siyasətində prioritet istiqamət olduğunu qeyd edib: “Azərbaycan dünyanın ən mötəbər idman yarışlarına uğurla ev sahibliyi edir. Ölkəmiz “Bakı-2015” birinci Avropa Oyunlarını yüksək səviyyədə təşkil etdi. Oyunlarda 350-dən çox idmançının qatıldığı kayak və kanoe yarışları böyük marağa səbəb oldu.

Bundan başqa, “Formula-1” üzrə Avropa Qran-prisi bütün dünyanın diqqətini Azərbaycana yönəltdi. Gələn il ölkəmiz IV İslam Həmrəyliyi Oyunlarına ev sahibliyi edəcək. Bütün bunlar Azərbaycanda idmanın inkişafına olan böyük diqqətin göstəricisidir”.

Azad Rəhimov İCF-in XXXVI Konqresinin Bakıda keçirilməsi üçün Azərbaycana etimad göstərdiyinə görə ali qurumun rəhbərliyinə minnətdarlığını bildirib.


Müəllif:

Oxşar xəbərlər