25 Noyabr 2016 19:11
531
12 Punto 14 Punto 16 Punto 18 Punto

Serbiya Baş nazirinin müavini və daxili işlər naziri Neboyşa Stefanoviç dekabrın 4-də Azərbaycana üç günlük səfər edəcək.

Teleqraf.com -un məlumatına görə, bu barədə jurnalistlərə Serbiyanın Azərbaycandakı səfiri Neboyşa Rodiç deyib.

N.Stefanoviçi Bakıya Azərbaycanın daxili işlər naziri Ramil Usubov dəvət edib.

Serbiyalı nazir səfər zamanı Azərbaycan rəsmiləri ilə bir sıra görüşlər keçirəcək və əməkdaşlıq məsələlərini müzakirə edəcək.


Müəllif:

Oxşar xəbərlər