Azərbaycan və Ermənistan prezidentlərinin Almaniyada görüşəcəyi dəqiq deyil.
Teleqraf.com xəbər verir ki, bunu Ermənistanın xarici işlər nazirinin müavini Savarş Koçaryan yerli mətbuata açıqlamasında bildirib.
“Görüş olanda bu barədə ictimaiyyətə geniş məlumat veriləcək".
Qeyd edək ki, zərbaycan və Ermənistan prezidentlərinin Dağlıq Qarabağ münaqişəsinin həllilə bağlı Almaniyanın Hamburq şəhərində görüşəcəklərinə dair məlumat yayılıb.