29 Noyabr 2016 16:44
475
12 Punto 14 Punto 16 Punto 18 Punto

“İrsi xəstəlikləri olanlar xaricdə müalicə almaq üçün Səhiyyə Nazirliyi yanında Vətəndaşların respublikadan kənar müalicəyə göndərilməsi üzrə Komissiyaya müraciət edir”.

Teleqraf.com xəbər verir ki, bunu baş pediatr Nəsib Quliyev deyib.

Baş pediatrın sözlərinə görə, Komissiyanın əsasnaməsində qeyd olunur ki, ölkə daxilində xəstəliyin müalicəsi mümkün deyilsə, xəstəni xaricdə müalicəyə göndərmək olar: “Son 2 ildə xəstələr xaricə əsasən qrup şəkildə kurs müalicəsi almağa göndərilir. Uşaqlar arasında xaricə göndərilənlər isə mərkəzi sinir sisteminin zədələnmələri, xüsusilə, uşaq serebral iflici diaqnozu qoyulan azyaşlılardır.

Onlar 3-4 qrup şəklində Türkiyədə uşaq reabilitasiya mərkəzinə yola salınır. Eyni zamanda böyüklər arasında spinal, yəni onurğa beyni zədələnmiş xəstələr Ukraynanın Krım şəhərinə göndərilir. Bu torpaqlar Rusiyanın tabeçiliyinə keçdiyindən və onlarla hələ müqavilə bağlanmadığından böyükləri də Türkiyəyə göndərməli oluruq”.

Nəsib Quliyev qeyd edib ki, Azərbaycanda xəstələrin ölkədən kənara göndərilməsinə bəzən heç bir obyektiv tibbi göstəriş olmur: “Bəzən insanlar irsi xəstəliyə yoluxur və müalicəsi üçün xaricə göndərilməklə bağlı müraciət edir. Amma unutmaq lazım deyil ki, irsi xəstəlik genlə ötürülür və onu müalicə etmək mümkün deyil”.

Baş pediatr bildirib ki, Komissiyanın əsas problemləri orqan köçürmə ilə bağlıdır: “Bəzən müəyyən orqanların köçürülməsində yardım istəyənlər bizə müraciət edirlər. Amma bədən üzvlərinin və toxumaların transplantasiyası, köçürülməsi və protezləşdirilməsi komissiyanın səlahiyyətinə aid deyil”.

İlhamə ƏBÜLFƏT


Müəllif:

Oxşar xəbərlər