İsraildə yanğınların söndürürülməsində iştirak edən Fövqəladə Hallar Nazirliyinin təyyarəsi Bakıya qayıdıb.
Teleqraf.com xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Məlumatda deyilir: "İsrail Dövlətinin Hökumətinin müraciəti əsasında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına uyğun olaraq, Azərbaycan Fövqəladə Hallar Nazirliyinin “BE-200ÇS” amfibiya tipli təyyarəsi cari ilin noyabr ayının 25-dən etibarən İsraildə yanğınların söndürülməsi əməliyyatlarına qoşulub.
Missiyasını uğurla başa çatdıran təyyarə bu gün Bakıya qayıdıb".