7 İyul 2014 11:30
1 054
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Hacı Məmmədov bu gün də Milli Təhlükəsizlik Nazirliyinin təcridxanasında təkadamlıq kamerada saxlanılır. İndi nəinki mənimlə, heç ailə üzvləri ilə görüşmək istəmir”.



Bunu hüquq müdafiəçisi Elçin Behbudov “Reytinq” qəzetinə müsahibəsində deyib. O, bildirib ki, hər dəfə görüşəndə H. Məmmədovun sağlamlığı ilə maraqlanır: “Deyilənə görə, səhhətində ciddi problem yoxdur, sadəcə, şəkəri var, onu da dədə-baba üsulu ilə müalicə edir”.

E. Behbudov deyib ki, Hacı Məmmədov hazırda muncuqlardan kolleksiya düzəltməklə məşğuldur: “Əvvəl yağlı boya ilə şəkillər çəkirdi, indi muncuqlarla işləyir. Bir sözlə, incəsənətlə məşğul olur ki, başı qarışsın. Onun bir məqsədi var ki, heç kim ondan danışmasın, onunla görüşməsin və beləcə, unudulsun. Amma onun undulması mümkün deyil”.


Müəllif: