27 Yanvar 2017 13:11
1 697
12 Punto 14 Punto 16 Punto 18 Punto

“İmtahan qiymətlərinə müdaxilə edən 1 müəllimin dosentliyini əlindən aldıq”.

Teleqraf.com xəbər verir ki, bunu Azərbaycan Dillər Universiteti rektoru Əfqan Abdullayevali təhsil müəsissəsindəki tədbirdə deyib.

Rektorun sözlərinə görə, tələbənin ixtiyarı var ki, imtahan qiymətləri elan olunan günü apelyasiya şikayəti versin: “Bu günə kimi minlərlə apelyasiya şikayətləri olunub. Təbii ki, apelyasiya şikayəti bilikli tələbədən gəlir. Belə hallarda təxminən şikayətlərin 60 faizə qədər tələbinin xeyrinə həll olunur.

Mən kafedra müdirlərinə tapşırmışam ki, tədris etdikləri fənlərin keyfiyyətinə görə onların fəaliyyətinə xitam verə və yaxud rəğbətləndirə bilərik. Hansı müəllimlər ki, qiymətlərə müdaxilə edib, onların artıq siyahısını çıxarmışıq”.

Əfqan Abdullayev bildirib ki, təhsillə cəmiyyət bir-birinə arxa çevirsə, inkişaf olmayacaq: “Gərək təhsildə açıq və şəffaf kurs aparaq ki, cəmiyyət proseslərdən xəbərdar olsun. Artıq biz qərar vermişik və universitetimiz 100 faiz hamı üçün açıqdır. Təhsil rüşvətsiz mümkündür, məqsədimiz bunu sübut etməkdir.

Bu gün Azərbaycanda stabillik var, dövlətin təhsil sahəsində strategiyası aydındır. Amma dövlətin bizdən gözlədiklərini lazimi səviyyədə yerinə yetirə və yüksək səviyyədə kadrlar hazırlaya bilmirik. Çalışırıq ki, boşluqları aradan qaldıraq. Universitetimizdə hazırladığı kadrlar cəmiyyətdə özlərini sübut etsinlər”.

Rektor qeyd edib ki, ADU-da 6500 tələbə, 5 fakültə var və 22 dil tədris olunur: “Hələlik müəllim kadrlarının peşəkarlığından danışa bilmərəm. Dil fənindən 16 tələbə şikayətə gəlmişdi. Bu çox təəccüblüdür. Bu gün iclasımız keçiriləcək. Yəqin ki, mühüm qərarlar qəbul olunacaq. Kim nəyə layiqdir onu da alacaq”.

Əfqan Abdullayev universitetdə müəllimlərin ixtisarından da danışıb: “Müəllim ixtisarları gözlənilmir. İxtisarların tərəfdarı deyiləm, amma işləməyənlərin yerinə layiqli adam gəlməlidir. Yaxşı müəllim olanda tələbənin universitetə inamı artır. Dünən professor müəllim heyətinin maaşlarını artırdıq. Elmlər doktoru, professor 1300 manat alacaq. Əgər həmin adam kafedra müdiri olarsa 1600 manat alacaq. Çalışırıq hər şey müsbətə doğru inkişaf etsin”.

İlhamə ƏBÜLFƏT


Müəllif:

Oxşar xəbərlər