1 Fevral 2017 10:04
559
12 Punto 14 Punto 16 Punto 18 Punto

Hazırda paytaxtda müşahidə edilən qarlı və şaxtalı hava paytaxtın küçə və prospektlərində nəqliyyat vasitələrinin hərəkətində çətinliklər yaradıb.


Bakı Nəqliyyat Agentliyindən (BNA) Teleqraf.com-a verilən məlumata görə, BNA-nın müşahidə kameralarından əldə edilən məlumata əsasən, səhər saatlarında paytaxtın əksər küçə və prospektlərində, o cümlədən Heydər Əliyev prospekti (şəhər istiqaməti), Yusif Səfərov (şəhər istiqaməti), Ziya Bünyadov prospekti (hər iki istiqamət, xüsusən də körpü və tunellərdə), A.Bakıxanov (küçəsi körpünün üstü), Tbilisi prospekti, Zığ yolu-Nobel prospekti, A.M.Sərifzadə, Mətbuat prospekti və 20 yanvar dairəsində nəqliyyat vasitələrinin hərəkəti çətinləşib.

Qeyd edək ki, qarlı və şaxtalı havada sərnişin avtobuslarının fasiləsiz və təhlükəsiz hərəkətini təmin etmək məqsədi ilə BNA gücləndirilmiş iş rejimində çalışır.

Paytaxtın inzibati ərazisində müntəzəm sərnişindaşıma ilə məşğul olan bütün daşıyıcılara, xüsusən də 77, 205, 53, 31, 39, 50, 64, 94, 211 nömrəli marşrut xətlərinin müvəqqəti istismarçılarına paytaxtda davam edən kəskin hava şəraiti ilə əlaqədar xətlərə buraxılan avtobuslarda intervala əməl olunması, təhlükəsizlik qaydalarına riayət edilməsi, avtobusların texniki cəhətdən saz vəziyyətdə olması barədə lazımi tədbirlərin görülməsi, o cümlədən avtobusların qaraj və avtoparklardan reysə çıxmalarını təmin etmələri barədə təkrar və ciddi xəbərdarlıq edilib. Həmçinin, diqqətə çatdırılıb ki, istismarda olan sərnişin avtobuslarının hərəkəti yolun qarlı və buzlu olması səbəbindən sərnişinlərin və digər nəqliyyat iştirakçıları üçün təhlükə yaradacağı müşahidə olunarsa, avtobusların fəaliyyətini müvəqqəti dayandırmalıdır.


Müəllif:

Oxşar xəbərlər