2 Fevral 2017 13:41
975
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bir müddətdir bəzi KİV-də SOCAR enerji daşıyıcılarının (Aİ-92 markalı benzin və dizel yanacağı), “Bakı Metropoliteni” QSC isə gediş haqqını qaldırılması məqsədi ilə Tarif Şurasına müraciət etdiyi xəbərləri yayılır.

Məsələ ilə bağlı qurumların rəsmiləri Teleqraf.com-a açıqlama veriblər.

İqtisadiyyat Nazirliyinin mətbuat xidmətinin rəhbəri Abbas Əliyev bildirib ki, hazırda qiymət artımı məsələsi Tarif Şurasında müzakirə olunmur: “Aİ-92 markalı benzinin və metroda gediş haqqının qiymətinin artırılması ilə bağlı Tarif Şurasına heç bir müraciət daxil olmayıb. Bu məsələ Tarif Şurasında müzakirə olunmur”.

SOCAR-ın mətbuat xidmətinin rəhbəri Nizaməddin Quliyev bildirib ki, Aİ-92 markalı benzin və dizelin qiymətlərinin artırılması barədə SOCAR Tarif Şurasına təklif göndərməyib: “Belə bir məsələ şirkətdə müzakirə mövzusu deyil”.

“Bakı Metropoliteni” QSC- nin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Nəsimi Paşayev də analoji cavab verib: “Qiymət artımı ilə bağlı Tarif Şurasına müraciət etməmişik”.

İlhamə ƏBÜLFƏT


Müəllif:

Oxşar xəbərlər