"Ali təhsil müəssələrində vəsaitlərin 82 faizi maaşlara sərf edilir".
Bunu "Maarifçi Tələbə Kredit Fonunun fəaliyyəti və Azərbaycanda tələbə kreditləri" mövzusunda tədbirdə çıxışı zamanı təhsil naziri Mikayıl Cabbarov deyib.
Nazirin sözlərinə görə, yerdə qalan vəsait digər problemlərin həllinə yönəldilir: "Ali təhsil müəssəsələrinin tələbə krediti yaratmaqda əsas məqsədi hər hansı gəlir götürmək deyil, tələbələrin bu proqramdan yararlanıb təhsil almasına yardım göstərməkdir. Qeyd edim ki, 103 tələbə artıq tələbə kreditindən istifadə edib".
Mikayıl Cabbarov bildirib ki, əsasə məqsəd ölkəmizin ali təhsil sisteminin infrasturukturunu yaxşılaşdırmaqdır: "2013-cu ildə biz təhsil sisteminin islahatı barədə müzakirə apararkən əsas məqsədimiz təhsildə inkişafa nail olmaq idi. Bu gün ali təhsil sisteminə nəzər salsaq görərik ki, ali məktəblər sırf təsərrüfat fəaliyyəti göstərən sistemdir. Alı təhsil müəssəinin yeganə mənbəyi təhsil haqqıdır".
Təhsil naziri qeyd edib ki, dünyada ali təhsil səviyyəsində təhsil alanlar indiki qədər olmayıb: "Onun üçün biz əvvəlcə təhsil infrastrukturun yaratmalı, sosial qrupun ali təhsil müəssələrinə çıxışını təmin etməliyik".
İlhamə ƏBÜLFƏT