“İsrail konsulu fevralın 10-da, cümə günü Aleksandr Lapşini hazırda saxlanıldığı istintaq təcridxanasında ziyarət edib. Dövlət orqanları cənab Lapşinlə yaxşı davranır”.
Bu fikirləri İsrail səfirliyinin missiya rəhbərinin müavini Amir Rom Teleqraf.com-un Aleksandr Lapşinin saxlanma şəraiti və İsrail səfirliyinin əməkdaşları ilə keçirilən görüşlə bağlı sorğusuna cavab olaraq bildirib.
Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov bildirmişdi ki, Baş Prokurorluqda istintaqı aparılan Aleksandr Lapşin fevralın 10-da vətəndaşı olduğu İsrailin Azərbaycandakı səfirliyinin əməkdaşları ilə görüşüb. O qeyd etmişdi ki, görüş beynəlxalq hüquq normalarına uyğun olaraq, İsrailin Azərbaycandakı səfirliyinin Azərbaycan Xarici İşlər Nazirliyinə müraciəti əsasında baş tutub.
Nərgiz Ehlamqızı