"Azərbaycanda yanıq xəsarətindən ölüm faizi 8,2-dir".
Teleqraf.com xəbər verir ki, Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun əməkdaşı Həmzə Əzizbəyov jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, oğlan uşaqlarında yanığın həcmi qız uşaqlarından 5-8 faiz çox olur: "Böyüklərdə isə 3-4 faiz təşkil edir. Yanıq faizinə uyğun olaraq ölüm riski haqqında danışmaq olur. Məsələn, 70 faizi keçən yanıqlarda ölüm riski 48 faizdir. Aparıcı klinikalarda bu, 52 faizə düşür".
İlhamə ƏBÜLFƏT