6 Mart 2017 11:16
478
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanın Kəlbəcər rayonunda və Xəzər dənizində zəlzələ qeydə alınıb.

Teleqraf.com xəbər verir ki, bu barədə Respublika Seysmoloji Xidmət Mərkəzi məlumat yayıb.

İlkin məlumatlara əsasən, yerli vaxtla saat 10:24-də Kəlbəcər ərazisində zəlzələ baş verib. 3.8 maqnitudalı zəlzələ 10 km dərinlikdə qeydə alınıb və hiss olunmayıb.

Saat 10:38-də isə Xəzər dənizində zəlzələ qeydə alınıb. 46 km dərinlikdə baş verən 3.2 maqnitudalı zəlzələ hiss edilməyib.


Müəllif:

Oxşar xəbərlər