15 Mart 2017 11:44
422
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nə məxsus “Zığ” Gəmi Təmiri Zavodunun qarət olunması ilə bağlı martın 14-də bəzi KİV-lərdə yayılan məlumatlar həqiqəti əks etdirmir.

Teleqraf.com xəbər verir ki, bu barədə “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC məlumat yayıb.

Məlumatda bildirilir ki, həmin hadisənin mahiyyəti şişirdilib: "Burda söhbət qarətdən yox, oğurluğa cəhddən gedir. Zavodda işləyən Adil Kazımov istehsala yararsız 10 kiloqram mis qırıntılarını aparmaq istəyib. Onun bu cəhdi baş tutmayıb, mis qırıntıları müəssisənin ərazisindən kənara çıxmayıb.

Bununla əlaqədar Adil Kazımov inzibati qaydada cəzalandırılaraq işdən kənarlaşdırılıb".


Müəllif:

Oxşar xəbərlər