“Ölkə ərazisində əsən güclü külək aprelin 1-i səhər zəifləyəcək”.
Bunu “Teleqraf.com-a açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktor əvəzi Gülşad Məmmədova deyib.
Onun sözlərinə görə, hazırda ölkə ərazisində güclü şimal-qərb küləyi əsir: “Sabah səhər saatlarından şimal-qərb küləyinin tədricən mülayimləşməsi və günorta saatlarında şimal şərq küləyi ilə əvəz edilməsi gözlənilir”.
İlhamə ƏBÜLFƏT