“Azərbaycanın daxili işlər orqanlarının gücləndirilmiş iş rejiminə keçməsi barədə yayılan xəbərlərin heç bir əsası yoxdur”.
Bunu Daxili İşlər Nazirliyi mətbuat xidmətinin rəisi Ehsan Zahidov APA-nın sorğusuna cavab olaraq bildirib.
Rusiyanın Sankt-Peterburq şəhərində törədilən terror aktından sonra Azərbaycanda polis əməkdaşlarının gücləndirilmiş iş rejiminə keçməsi barədə məlumatlara münasibət bildirən Ehsan Zahidov deyib ki, polis əməkdaşları, həmişə olduğu kimi, öz xidməti fəaliyyətlərini adi iş rejimində davam etdirirlər.