Hesablama Palatasının dövlət qurumlarında apardığı yoxmalamalarla bağlı informasiyalar cəmiyyətdə ciddi rezonans doğurub.
Teleqraf.com-a açıqlamasında Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov bildirib ki, Hesablama Palatasının dövlət qurumlarında aşkarladığı nöqsanlar barədə Milli Məclidə ciddi müzakirlər gedir: “Palatanın yeni rəhbərliyi prezident İlham Əliyevin tapşırığına əsasən dövlət qurumlarında çox ciddi nöqsanlar aşkar edib. Maliyyə yeyintiləri aşkar edildikdə, qurumlara həmin pulu dövlət büdcəsinə ödəmək tapşırılır. Əgər yeyintilər büdcəyə qaytarılmırsa, Baş Prokurorluğuna, Korrupsiya qarşı Mübarizə Baş İdarəsinə məlumat verilir və dövlət qurumları haqqında tədbir görülür.
Elə bir qurum yoxdur ki, orada maliyyə çatışmazlığı olmasın. Təəssüf ki, vəziyyət belədir. Aşkarlanmış nöqsanlar Milli Məclidə müzakirə edilərkən əsas məqsədimiz o olur ki, vəsait düzgün xərclənməyibsə, yeyintiyə yol vermiş qurumlar pulu dövlət büdcəsinə qaytarsınlar. Həmin qurumlardan hüquq mühafizə orqanlarına şikayət vermək, həbslər aparmaq ikinci dərəcəli məsələdir”.
Vahid Əhmədov qeyd edib ki, nöqsanlar aşkar edilən qurumların ləğvi və ya birləşdirilməsi struktur islahatıdır: “Bu islahatlar mütəmadi dövlət başçısı tərəfindən aparılır. Bu cür islahatlara ehtiyac var və proses davam etməlidir. Qurumların birləşməsi gündəmdə olan məsələdir. Azərbaycanda vitse-prezidentlik insitutu yaradılır. Bu insitut yaradılandan sonra struktur islahatları vüsət alacaq”.
İqtisadçı ekspert Rəşad Həsənov deyir ki, Hesablama Palatası ictimai vəsaitlərə nəzarəti təmin edən ali qurumdur: “Palatanın təyinatı budur. İctimai vəsaitlərə həm büdcə, həm büdcəyə daxil olan pullar, yəni vətandaşların hesabına təmin olunan fəaliyyətlərlə əldə olunan gəlirlər, özəlləşmədən götürülən qazanc daxildir. Yəni dövlətin hər bir maliyyə axınına Hesablama Palatasının müdaxilə və nəzarət etmə imkanı var.
Ötən il Milli Məclisdə Hesablama Palatası haqqında qanunda bəzi dəyişikliklər edildi. Qanuna əsasən, bəzi məsələlərdə Palatanın proseslərə daha çevik reaksiyası verə bilər. Azərbaycanda hər ay Palata dövlət qurumlarında nöqsanlar aşkar edir. Palata səlahiyyətləri daxilində aşkarlanmış hesabatları Prezidentə, Milli Məclisə təqdim edir. Eyni zamanda cinayət xarakterli işlər Baş prokurorluğa göndərilir.
Amma Palatanın nöqsanların hansı formada yoluna qoyması barədə prosesləri tam izləmmə hüququ yoxdur. Yalnız aşkarlanan problemlər həll olursa, onu görə bilər”.
İlhamə ƏBÜLFƏT