Teleqraf.com xəbər verir ki, bununla bağlı Türkiyə Xarici İşlər Nazirliyi yazılı bəyanat yayıb:
"İyulun 4-də, saat 20:40-da Azərbaycanın Füzuli rayonunda yerləşən Alxanlı kəndinin Ermənistan Silahlı Qüvvələri tərəfindən top atəşinə tutulması və bunun nəticəsində 52 yaşlı qadın ilə 2 yaşlı nəvəsinin həyatını itirməsini şiddətlə qınayırıq".
Türkiyənin bu xain hücumda həyatını itirən azərbaycanlılara Allahdan rəhmət, ailələrinə və bütün Azərbaycan xalqıma başsağlığı mesajının yer aldığı açıqlamada daha sonra deyilir:
"Bu mənfur hadisə Azərbaycanın torplaqlarının 20 faizini işğal altında saxlayan Ermənistanın cəbhə bölgələrində ağır silahlarla törətdiyi təxribatların beynəlxalq hüquq və insanı dəyərlərə zidd formada dinc sakinləri, xüsusilə qadın və uşaqları da hədəfə götürdüyünü açıq formada göstərir.
Ermənistanın qəsdən törətdiyi bu zorakı siyasətin Dağlıq Qarabağ probleminin sülh yolu ilə həllinə ən böyük əngəl olduğunun beynəlxalq ictimaiyyət tərəfindən anlaşılması və Ermənsitanın işğal altındakı torpaqlardan geri çəkilməsi vacibdir.
Türkiyə Dağlıq Qarabağ probleminin həlli üçün təşkil olunan ATƏT-in Minsk Qrupunun üzvü olaraq, münaqişənin Azərbaycanın ərazi bütövlüyü və suverenliyi çərçivəsində həllinə dəstək göstərməyə davam edəcək".