Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, bununla bağlı Zaxarova mətbuat konfrasında fikirlərini bildirib:
"Dağlıq Qarabağ münaqişəsi regionunda atəşkəsin növbəti dəfə pozulması nəticəsində dinc sakinlər, o cümlədən 2 yaşlı uşaq həlak olub".
Zaxarova 2 yaşlı Zəhranın ailəsinə başsağlığı verib: "Bu cür hallar yolverilməzdir və münaqişə tərəflərini vəziyyəti stabilləşdirmək üçün bütün lazımi tədbirləri görməyə çağırırıq".