Teleqraf.com xəbər verir ki, Ərdoğan bununla bağlı kəşfiyyat məlumatları əldə etdiklərini bildirib.
Qeyd edək ki, bir qədər öncə “Amnesty International” təşkilatın Türkiyə üzrə direktoru İdil Eserin və digər fəallarının azad edilməsini tələb edib. Onlar iyulun 6-da İstanbulda həbs olunublar.
Almaniyanın Hamburq şəhərində “G-20” sammitinin yekunlarına dair mətbuat konfransı keçirən Ərdoğana jurnalistlərdən biri 1997-ci ildə həbs edildiyi zaman “Amnesty International” onu müdafiə etdiyini xatırladıb. Həmin vaxt Türkiyə hakimiyyəti Ərdoğanı 4 ay müddətinə həbs etmişdi.
“Məni şeir oxuduğuma görə saxlamışdılar. Onları nə üçün həbs ediblər? Kəşfiyyat məlumatlarına əsasən onlar Böyükada adasında hoteldə toplaşıblar ki, hansısa dövlət çevrilişinə cəhdi müzakirə etsinlər. Ona görə də bizim polislər onları saxlayıblar. İndi onların işinə məhkəmədə baxılır. Mən təhqiqatın nəticələrinin necə olacağını deyə bilmərəm”, deyə Ərdoğan bildirib.