Teleqraf.com xarici mediaya istiandla xəbər verir ki, qısa zamanda kampaniyaya 20161 nəfər qoşulub.
Zərifə göndərilən məktubda İran XİN-dən Ermənistanın son günlərdə törətdiyi cinayətə reaksiya verməsi, bu barədə lazımi tədbirlərin görülməsi tələb edilib.
İranın müxtəlif bölgələrində əksəriyyəti türk vətəndaşlardan ibarət olan minlərlə ictimai fəal, ziyalı və siyasətçi kampaniyaya dəstək verib.
Qeyd edək ki, iyulun 4-də erməni təxribatı nəticəsində Füzuli rayonunun Alxanlı kəndinin iki sakini o cümlədən, 50 yaşlı Sahibə Quliyeva və onun iki yaşlı nəvəsi Zəhra şəhid olub.