7 Avqust 2017 23:35
719
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistan Silahlı qüvvələri Tovuz rayonunun Qaralar kəndini atəşə tutublar.

Hadisə nəticəsində bir dinc sakin yaralanıb. Yaralanan şəxs 2004-cü il təvəllüdlü Yusifov Ramin Sabir oğludur. O, öz həyətlərində olarkən həyətə mərmi düşüb. Mərminin qəlpələri Yusifov Ramini ağır şəkildə yaralayıb.

Bədənində çoxsaylı qəlpə yarası alan Ramin Yusifov dərhal təcili tibbi yardım maşını ilə xəstəxanaya aparılıb. Çoxsaylı qəlpə yarası alan yeniyetmə həkimlər tərəfindən əməliyyat olunub. Vəziyyətinin orta-ağır olduğu bildirilir.

/Report/


Müəllif: Teleqraf.com