Rusiyanın Xabarovsk şəhərində pauerliftinq üzrə dünya və Avropa çempionu Andrey Draçevin (120 kq) küçə davası zamanı öldürülməsində şübhəli bilinən Amursk şəhər sakini, 1992-ci il təvəllüdlü Allahverənov Anar Əliyar oğlu saxlanılıb.
Teleqraf.com xəbər verir ki, hazırda faktla bağlı istintaq aparılır.
Qeyd edək ki, bu gün Xabarovsk şəhərində Andrey Draçev küçə davası zamanı Anar Allahverənovun vurduğu zərbələr nəticəsində dünyasını dəyişib.