Türkiyənin xarici işlər naziri Mövlut Çavuşoğlu Qurban bayramı ilə bağlı AKP-də keçirilən tədbirdə çıxış edib.
Teleqraf.com xəbər verir ki, Çavuşoğlu çıxışında müsəlmanların Arakanda qətl edilməsinə Türkiyədən başqa təpki göstərən olmadığını bildirib.
O, qeyd edib ki, problemlə bağlı Myanmanın qonşu dövlətləri İndoneziya, Malayziya və Banqladeş hökumətlərilə danışıqları aparılıb.
"Onlara bildirdik ki, sərhədlərini açsınlar. xərclərini Türkiyə ödəyəcək. Biz Arakan müsəlmanlarına hər cür dəstək veririk. Gərək qonşu ölkələr, beynəlxalq təşkilatlar da bu məsələyə həssas yanaşsınlar"