9 Sentyabr 2017 10:03
1 010
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanın ərazisi olan Dağlıq Qarabağdakı saxta və separatçı rejimə minaları təmizləmək üçün 1,5 milyon dollar ayrılması absurd və qanunsuz bir addımdır. Bu, beynəlxalq hüquqa zidd davranışdır.

Bu fikirləri Teleqraf.com-a ABŞ-ın Dağlıq Qarabağdakı separatçı rejimə 1,5 milyon dollar ayırmasını şərh edən politoloq Rüstəm Məmmədov deyib.

Rüstəm Məmmədov bildirib ki, Dağlıq Qarabağ ərazisindəki minaları elə separatçı rejimin özü yerləşdirib: “Üstəlik ABŞ Konqresi tərəfindən ayrılacaq 1,5 milyon dolların bir senti də bu minaların təmizlənməsinə xərclənməyəcək. Hesab edirəm ki, ABŞ-ın bu addımı Azərbaycanın maraqlarına ziddir və bu kimi proseslər dayandırılmalıdır. ABŞ unutmamalıdır ki, həm də ATƏT-in Minsk Qrupunda vasitəçi dövlətdir”.

Bu fikirləri Teleqraf.com-a ABŞ-ın Dağlıq Qarabağdakı separatçı rejimə 1,5 milyon dollar ayırmasını şərh edən politoloq Rüstəm Məmmədov deyib.

Politoloqun sözlərinə görə, əgər ABŞ doğurdan da Dağlıq Qarabağ və ətraf rayonlarda basdırılan minaların təmizlənməsini istəyirsə, bu maliyyəni Azərbaycan tərəfinə verməli idi: “Yəni Azərbaycan öz ərazilərini minadan təmizləmə işini aparmalı idi.

Hazırda ABŞ-ın Dağlıq Qarabağ separatşılarına yardımının həcmi azalıb. Əvvəl bu məbləğ 5-10 milyon dollar civarında olurdu. Mən hesab edirəm ki, indiki halda 1,5 milyon dollar ayrılmasının bir məqsədi də ermənilərin xətrinə dəyməməkdir. Fikrimcə, bu həm də erməni lobbisinin bir addımıdır”.

Rüstəm Məmmədov bildirib ki, bu addım həm də Amerika siyasətinin neytrallığı formal qorumağı ilə bağlıdır: “Məsələni bu cür də qiymətləndirmək olar. ABŞ həm də həmsədr ölkələrdən biri və vasitəçidir. İndiki halda ABŞ formal olaraq pariteti pozmamaq naminə belə addım atır. ABŞ-ı bu işə erməni diasporu da istiqamətləndirir. Bu pulun son anda bizə qarşı yönələməyəcəyinə heç kim təminat verə bilməz. Nəzərə almaq lazımddır ki, indi Qarabağdakı separatçılar acından ölmürlər. Onlar özlərini qorumaq üçün hər vasitəyə əl atırlar”.

Xatırladaq ki, ABŞ Konqresinin xarici yardımlar komitəsi konqresmen Devid Valadaonun Dağlıq Qarabağda minaların təmizlənməsi üçün daha 1.5 milyon dollar ayrılmasına dair təşəbbüsünü dəstəkləyib. Komitənin qərar layihəsi bu gün axşam Konqresdə səsverməyə çıxarılacaq.

Valadao öz təklifini belə əsaslandırıb ki, Dağlıq Qarabağda 90-cı illərin əvvəllərindən bəri hələ də böyük sayda minalar qalıb, bu da yerli əhalinin həyatını və təhlükəsizliyini təhdid edir.


Müəllif: Cavad

Oxşar xəbərlər