21 Sentyabr 2017 11:43
858
12 Punto 14 Punto 16 Punto 18 Punto

11:35

Tanınmış jurnalisti Azər Hüseynbala infarkt keçirib.

Bu barədə APA-ya jurnalistin oğlu Turqut məlumat verib.
Onun sözlərinə görə, Azər Hüseynbala ötən gün ağır vəziyyətdə Mərkəzi Klinik Xəstəxanasına yerləşdirilib.

Jurnalist bu gün əməliyyat olunacaq.

***

Azər Hüseynbalanın ürəyində əməliyyat artıq başa çatıb.

Bu barədə Teleqraf.com-a jurnalistin oğlu Turqut məlumat verib.

Onun sözlərinə görə, Azər Hüseynbala dünən 5 saylı şəhər xəstəxanasının kardiologiya şöbəsinə müraciət edib. Vəziyyəti ağırlaşdığı üçün Mərkəzi Kliniki Xəstəxanasına köçürülüb. Jurnalist bu gün səhər əməliyyat olunub.

Turqutun sözlərinə görə, əməliyyat uğurla başa çatıb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər