Bağdad hakimiyyəti Türkiyə və İraq hərbçilərinin Habur sərhəd məntəqəsində birgə təlimlərə başladığını bildirib.
Teleqraf.com-un Türkiyə KİV-ə istinadən xəbərinə görə, İraq tərəfindən sonra Türkiyə Silahlı Qüvvələri də açıqlama ilə çıxış edib. Açıqlamada bildirilir ki, Türkiyə Silahlı Qüvvələri tərəfindən 18 sentyabrdan etibarən Silopi-Habur bölgəsində icra edilən manevrlərin üçüncü mərhələsi sentyabrın 26-da başlanacaq.
Beləliklə, Türkiyə-İraq sərhədindən 500 metr məsafədə ötən həftə başladılan hərbi manevrlər daha de genişlənir.