Rusiya Türkiyəyə S-400 raket əleyhinə müdafiə qurğularının göndərilməsi ilə bağlı açıqlama verib.
Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, açıqlamada Ankaranın razılaşmadakı bütün ödənişləri etməsinin vacibliyi vurğulanıb.
Bildirilib ki, Türkiyə S-400 sistemlərini ödənişi həyata keçirdikdən sonra əldə edəcək.
Xatırladaq ki, razılaşmanın ümumi dəyəri 2 milyard dollardır. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan sistemlərlə bağlı Rusiyaya müəyyən məbləğin ödənildiyini bildirmişdi.