“Asiyanın Qəlbi” - İstanbul Prosesi çərçivəsində görüş zamanla səsləşən və aktual bir hadisədir. Bu, Əfqanıstanda sülhün təmin olunması üzrə birgə işə iştirakçı ölkələrin kollektiv dəstəyini göstərir.
Bunu Türkiyə Xarici İşlər naziri Mövlud Çavuşoğlu Bakıda “Asiyanın Qəlbi” - İstanbul Prosesi çərçivəsində “Güclü Asiyanın Qəlbi regionu naminə təhlükəsizlik və bağlılıq” mövzusunda keçirilən Nazirlər Konfransında deyib.
“Biz güclərimizi birləşdirərək Əfqanıstana dəstək niyyətimizi 7 il öncə bəyan etmişik. İstanbul prosesi dərin köklərə malikdir. Lakin deyə bilmərik ki, siyasi dialoq istənilən səviyyədədir. Biz ortaq maraqları təşviq etməliyik. Terrorizm, illeqallaşma, narkotiklərin qanunsuz daşınması hər bir ölkə üçün təhdiddir. Region ölkələri olaraq daim dialoqu təşkil etməliyik”, - deyə o bildirib.
Nazir qeyd edib ki, Türkiyə Əfqanıstanla prioritet sahələrdə əməkdaşlıq etməyə hazırdır:
“Biz Əfqanıstanı qonşuları ilə əməkdaşlıq etməyə hazır ölkə kimi görürük. Biz Əfqanıstana dəstəyimizi davam etdirəcəyik”.