Deputat Qənirə Paşayeva televiziyalarda ermənilərlə təmas xəttində yaşanan gərginlik nəticəsində həyatını itirən şəhidlərimiz barədə xəbər yaymaq əvəzinə televiziyalarda çal-çağırlı proqramların efirə getməsinə etiraz edib.
Teleqraf.com xəbər verir ki, Q.Paşayeva özünün Facebook səhifəsində qeyd edib əyləncəli proqramlar öncədən nəzərdə tutulsa da televiziya və radiolarımız yayımda dəyişiklik edib, çal-çağır proqramlarını dayandırıb yerinə vətənpərvərlik, şəhidliklə bağlı müəyyən proqramlarını, filmlərini qoya bilərlər:
“Cəbhədə düşmənin təxribatlarına layiqli cavab verərək şəhid olan qardaşlarımızın hamızına Allahdan rəhmət, yaxınlarına səbr diləyirik. Millətimizin başı sağ olsun! Televiziya və radiolarımızda əyləncə, çal-çağır proqramlarının dərhal dayandırılması lazımdır. Səhər tezdən indiyədək bununla bağlı nə qədər zəng, məsaj gəlib. Bir çox İnsanlarımız bu kimi proqramların gün ərzində dayanmasını vacib sayırlar. Mən də hesab edirəm ki, bu kimi proqramlar öncədən nəzərdə tutulsa da televiziya və radiolarımız yayımda dəyişiklik edib, çox əyləncə və çal-çağır proqramlarını dayandırıb yerinə vətənpərvərlik, şəhidliklə bağlı müəyyən proqramlarını, filmlərini qoya bilərlər.İşğalçı Ermənistanı və onunla bərabər arxasında duran dövlət və gücləri Allahın lənətinə gəlsinlər. İnşallah onlar layiq olduqları cəzanı alacaqlar. Böyük şair gözəl demişdi:
Bayraqları bayraq edən üstündəki qandır
Torpaq uğrunda ölən varsa vətəndi
Sizi heç zaman unutmayacağıq əziz şəhidlərimiz! Nə qədər Azərbaycan var siz də hər zaman yaşayacaqsınız!”