Gürcüstanın sabiq prezidenti, Odessa vilayətinin keçmiş qubernatoru Mixail Saakaşvili Ukrayna Baş Prokurorluğunda dirindirilmədən imtina edib.
Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, bununla bağlı Saakaşvilinin lideri olduğu “Yeni güclərin hərəkatı” partiyasının mətbuat katibi Maryan Poçtar açıqlama verib.
O bildirib ki, Saakaşvili bu gün Ali Rada önündə mətbuat konfransı keçirəcək.
Qeyd edək ki, Saakaşvili Ukraynada dövlət çevrilişinə cəhddə ittiham olunur.